Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 18:18

Kataloniyada separatçılar qalib gəlir


Kataloniyada müstəqillik bayrağı, 27 sentyabr, 2015-ci il

Kataloniyada müstəqillik bayrağı, 27 sentyabr, 2015-ci il

-

Kataloniyada regionun İspaniyadan müstəqilliyini istəyən partiyalar parlamentdə yerlərin əsas hissəsini qazanıblar. Bülletenlərin 97 faizi sayılıb, “Birlikdə Hə” koalisiyası 135 yerlik parlamentdə yerlərin 62-ni qazanıb.

Müstəqillik istəyən solçu partiya ilə birləşəcəkləri halda, separatçıların 68 yeri olacaq və 2017-ci ilədək Kataloniyanın müstəqil elan olunması planını irəli apara biləcəklər.

Əvvəllər də Kataloniyada müstəqillik referendumu təklifləri səslənib, ancaq mərkəzi hökumət buna qarşı çıxıb. Barselonada yerləşən parlamentdə regionun 7.5 milyonluq əhalisi təmsil olunur. Bu region İspaniya iqtisadiyyatının beşdə birinə bərabərdir.

Günün bütün mövzuları

XS
SM
MD
LG