Keçid linkləri

logo-print
2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 05:11

Müxalifətçi Sibirdə qubernator seçildi


Rusiyada seçkinin nəticələrinə etiraz aksiyası, 20 sentyabr, 2015-ci il

Rusiyada seçkinin nəticələrinə etiraz aksiyası, 20 sentyabr, 2015-ci il

-

Rusiyada müxalifətdən olan siyasətçi Sergei Levchenko Sibirin İrkutsk regionunun qubernatoru seçilib. O, Dövlət Dumasının Kommunist Partiyasından üzvüdür, səslərin 56.9 faizini toplayıb.

Levchenko-nun rəqibi Prezident Vladimir Putin-in Vahid Rusiya Partiyasından Sergei Yeroshenko idi.

2012-ci ildən bu seçkilər keçiriləni birinci dəfədir kiçik müxalifət partiyasından namizəd regional qubernator seçilir. Rusiyada 85 region qubernatorları ölkədə güclü vəzifələrdən sayılır. 2005-2012-ci illərdə qubernatorlar Kreml tərəfindən təyin olunurdu, daha sonra isə Vahid Rusiya-nın namizədləri qalib gəlirdi.

Sentyabrın əvvəlində keçirilən seçkilərdə yerləri əsasən Putin-ə sadiq namizədlər qazanıb. Gələn il parlament seçkiləri keçiriləcək.

Günün bütün mövzuları

XS
SM
MD
LG