Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 04:28

Taliban Kunduza hücuma başlayır


Kunduz vilayətində Taibanın ələ keçirdiyi əraziləri qaytarmaq üçün yeni qüvvələr gəlib, 2 iyul, 2015-ci il

Kunduz vilayətində Taibanın ələ keçirdiyi əraziləri qaytarmaq üçün yeni qüvvələr gəlib, 2 iyul, 2015-ci il

-

Taliban silahlıları Əfqanıstanın şimalındakı Kunduz vilayətinin paytaxtına yeni hücuma başlayıb. Vilayət polisinin sözçüsü Sayed Sarwar Hussaini deyib ki, hücum sentyabrın 28-də səhər tezdən başlanıb.

Məlumatlara görə, hökumət qüvvələri ilə atışmalar davam edir, şəhər mərkəzində artilleriya atəşi səsləri eşidilir. Hələlik 20 silahlının öldürüldüyü barədə məlumat var.

Taliban hücuma görə məsuliyyəti üzərinə götürüb və şəhər sakinlərini evdən çıxmamağa çağırıb.

Əfqanıstanın şimalında vaxtilə sakitçilik hökm sürsə də, son illər zorakılıq artıb. Apreldə Kunduz şəhərində şiddətli döyüşlər gedib. Taliban onda ərazi əldə etməyə çalışırdı.

Günün bütün mövzuları

XS
SM
MD
LG