Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 06:54

Günü 5 milyona başa gələn münaqişə


Petro Poroshenko BMT-də çıxış edir

Petro Poroshenko BMT-də çıxış edir

-

Ukrayna prezidenti Petro Poroshenko deyir ki, ölkənin şərqindəki münaqişə ölkəyə günə 5 milyon dollar başa gəlir və Ukrayna bu pulu inkişafa sərf edə bilərdi.

Poroshenko sentyabrın 27-də BMT-nin samitində danışıb. O, deyib ki, 2014-cü ilin əvvəlində başlanan döyüşlər nəticəsində Ukrayna “iqtisadi potensialının beşdə birini itirib”.

Ukrayna prezidentinin sözlərincə, ölkənin şərqində Rusiyanın dəstəklədiyi üsyançılıq minlərlə insan üçün “yoxsulluğun yeni formasını, qəfil və gözlənilməz yoxsulluğu meydana çıxarıb”.

Poroshenko-dan bir gün sonra, sentyabrın 28-də BMT Baş Məclisində Rusiya prezidenti Vladimir Putin çıxış edəcək. Kreml bildirir ki, Putin səfəri zamanı diqqəti Yaxın Şərqdə ekstremistlərlə mübarizəyə yönəldəcək.

Kiyev müttəfiqləri ilə birlikdə Moskvaya təzyiq göstərmək istəyir ki, separatçıları dəstəkləməkdən əl çəksin. Kreml bunu yalan adlandırır.

TASS agentliyinin məlumatına görə, Poroshenko-nun çıxışı zamanı Rusiya nümayəndə heyətinin bütün üzvləri zalı tərk edib.

Günün bütün mövzuları

XS
SM
MD
LG