Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 07:07

Gülməkdən öləcəkdik tabutunu daşıyanda


Oğuz Ayvaz
Oğuz Ayvaz

- Oğuz Ayvaz

TƏNHALIQ NAĞILI

həbsxanaya bənzəyir

onun yaşamı

dörd divardan

başqa heç nə görsənmir evində

dənizin yırğalanmasının,

damlarda uçan quşların

evindəki telefonun səsini eşitmir nə vaxtdı

nə vaxtdı borcludu dörd divara

borcludu təkliyə, tənhalığa

dənizin maviliyini,

günəşin batmasını görə bilmir,

qara saçlı qızlar da

yuxusuna girmir

elə bil dəmir

barmaqlıqlarda yaşayır

ürəyinin hər

tərəfini qandallayıblar

gecələr açılan yorğanını

örtən biri yoxdu

sabahlar heç kimin səsini

eşitmədən oyanır yatağından

albomları vərəqləməyi sevmir

onsuz da heç kəsin şəkli

yoxdu orda

səhər bir, axşam iki çay içir,

qalan çayı sabaha saxlayır

günortalar kiminlə

görüşəcəyini düşünür

öz-özünə gülümsünür,

axı onun heç kimi yoxdu,

bilir ki, onu heç kim gözləmir

bilir ki, sabah yenə

kirə pulu yığan

qapısını kəsdirəcək,

və əlini açıb umacaqlı gözləri ilə

yırtıq ciblərinə baxacaq.

sonra təkrar

divarlarının suvaqları qopmuş,

həbsxana otağına bənzər

evinə girəcək

kədərli şəkildə divarlara sığınmış stol, stul,

bir də balaca şkaf

yaşayır

təkliyin dadını çıxarda-çıxarda...

Ölən dostuma bənzəyirsən

mənə ölən dostumu xatırladırsan,
arıq, balacaboy, şeiri sevən,
gülməkdən öləcəkdik
tabutunu daşıyanda,
torpaq islaq, göy üzü bulutlu, adamlar seyrək,
bir dəfə ağladığını görməmişdim,
heç kim gülməzdi danışdığı lətifələrə...
mənə dostumu xatırladırsan,
yaşıl gözlərin, qısa saçın
və yalnız gülməyin,
o qədər çox sevirəm ki,
qorxuram tez ayrılaq,
mənzilə tez çatmağa
can atan özünü ağaca
çırpan maşın kimi,
mənə dostumu xatırladırsan,
lap yaxınımdasan,
ovcumun içindəsən,
heç yanımdan ayrılmırsan
dostum kimi,
yanımdan ayrılmayan
dostum kimi
mənə ölən dostumu
xatırladırsan...

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG