Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 06:54

-
Moldovanın paytaxtı Kişinyovda hakimiyyətə qarşı etiraz aksiyası keçirilir. Etirazçılar prezident Nikolay Timoftinin istefasını və növbədənkənar təcili parlament seçkilərinin keçirilməsini tələb edirlər.

Etiraz aksiyasının əsas təşkilatçıları müxalif Moldova Sosialist Partiyası və solçuların “Bizim Partiya”sıdır. Etirazçılar parlament binasına doğru yürüş ediblər. Polisin məlumatına görə, yürüşdə 20 min insan iştirak edib. Təşkilatçılar isə 50 min etirazçının toplaşdığını deyirlər.

Moldovada etiraz aksiyaları sentyabrın 6-dan başlayıb. Həmin gün etiraz aksiyasına 100 min insanın çıxdığı deyilir.

Etirazçıların tələbləri sırasında 3 kommersiya bankından təminolunmamış kredit adı ilə çıxarılan milyard avronun geri qaytarılması, Milli Bankın rəhbərinin, baş prokurorluğun, antikorrupsiya komissiyasının istefası və söz azadlığının təmin olunması da yer alır.

Günün bütün mövzuları

XS
SM
MD
LG