Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 00:14

-

Döyüşçü dostları 20 yaşlı gənci Maverannahr-dan olan ilk könüllü cihadçı kimi tərif edir, o isə etdiyindən məmnun görünmür

Hadisə sentyabrın 18-də Suriyada, İdlib Əyalətində daha çox şiyələrin şəhəri olan Fuada baş verib. Terrorçuları özbək üzvünü bomba yüklü zirehli maşına oturdaraq, maşını partladıblar.

Dostları özbək kamikadzenin son anlarını videoya çəkib və həmin video “Imam Bukhari Jamaat” adından sentyabrın 20-də yayılıb.

Videodan görünən odur ki, ətrafdakıların Jafar al-Tayyar deyə çağırdığı bombardmançı təxminən 20 yaşlı gənc oğlandır. Sözügedən video əvvəlcə Youtube portalında yerləşdirilib, daha sonra saytın qaydalarını pozduğuna görə çıxarılıb.

MAVERANNAHR-IN İLK KÖNÜLLÜSÜ

Vieoda bu gəncə təriflər yağdırılır, o, Maverannahr-dan olan ilk könüllü cihadçı kimi təriflənir. Maverannahr cihadçılar arasında işlənən termindir, Özbəkistan, Tacikstan, cənubi Qırğızstan və Qazaxstanın bir hissəsi nəzərdə tutulur.

Jafar döyüşçülərin əhatəsində görünür və onlar onu bomba yüklü zirehli maşına qalxmağa ürəkləndirirlər.

Amma özbək kamikadze həyatının son anlarında heç də etdiyindən məmnun görünmür.

O, çox qorxub və hətta bir anda gözləri də yaşarır.

Özbək dilində danışan döyüşçülərdən biri isə ona “şeytanın onu qorxutmağa cəhd göstərdiyini” deyir.

“Jafar, qardaşım, qorxma. Qorxanda Allahı yada sal” – deyə döyüşçünün səsi eşidilir.

Jafar isə şeytandan qorxmadığını deyir.

“Mən sadəcə qorxuram ki, məndə alinmaya bilər” – kamikadze onu ölümə göndərən döyüşçülərə belə deyir.

Syria -- capture from graphic video released by militant group Imam Bukhari Jamaat on 20sep2015, showing young suicide bomber identified as Uzbek Jafar al-Tayyar

Syria -- capture from graphic video released by militant group Imam Bukhari Jamaat on 20sep2015, showing young suicide bomber identified as Uzbek Jafar al-Tayyar

Amma Jafar bunu bacarır, videodan da görünür ki, güclü partlayış baş verir. Amma bu olayda neçə nəfərin öldüyü və ya yaralandığı hələ ki bəlli deyil.

"Imam Bukhari Jamaat”ı son bir neçə həftədə Fua ətrafında gedən döyüşlərə cəlb olunub.

Sentyabrın 7-də “Imam Bukhari Jamaat” tərəfindən yayılmış qrafik videoda ölən şiə döyüşçülərinin kadrları göstərilib.

Özbək qruplaşmasının dediyinə görə, Fuada onlarla şiə milisini öldürüblər, vətəndaşların öldürülməsi barədə hər hansı məlumat yoxdur.

FUADA XARİCİ DÖYÜŞÇÜLƏR

İntihar əməliyyatları illüstrasiyasında Nusra Suriya cihadçı qrupların xarici döyüşçülərdən borbardmançı və Suriya hökumət qüvvələrinə qarşı hücumlarda necə yararlandıqları nümayiş olunur.

“Imam Bukhari Jamaat”ı Suriya prezidenti Assad qüvvələrinə qarşı mübarizə aparan iki böyük qruplaşmanın tərkib hissəsi kimi tanınır. Onlar xüsusən də Fuada əhəmiyyətli rola malikdirlər.

“Imam Bukhari Jamaat”la yanaşı Fuadakı döyüşlərə cəlb olunan özbəklərdən ibarət Tavhid wal-Jihod qruplaşması da var. Sentyabrın 19-da onlarla bağlı da video paylaşılıb.

Həmin videoda özbək döyüşçü uzaqdan idarə olunan qurğu ilə avtomibili partladıb geri qayıtdığını iddia edir. Ətrafındakı döyüşçülər başına toplaşaraq onu alqışlayırlar.

Döyüşçülər bu ilin əvvəlindən İdlib əyalətinin böyük bir hissəsini ələ keçirməyə nail ola biliblər.

Şiələrin iki kəndi – FuaKafriyeh Suriya hökumətinin İdlib əlayətində qalan son iki dayaqlarıdır. Son iki ayda bu kəndlər də döyüşçülər tərəfindən bloka alınıb.

Sentyabrın 20-də İranla döyüşçülər arasında bu regionda atəşin dayandırılması, deeskalasiya və Fua və Kafrayanın blokadadan çıxarılması barədə razılaşma əldə olunub

Günün bütün mövzuları

XS
SM
MD
LG