Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 10:16

-

“Azərbaycan ərazilərinin işğalına son qoyulması və məcburi köçkünlərin öz doğma evlərinə qayıtmasının təmin edilməsi regionumuzda davamlı inkişaf gündəliyinin icrası üçün başlıca ilkin şərtdir”.

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov BMT-də çıxışnda belə deyib. O, sentyabrın 26-da BMT Baş Assambleyasının 70-ci sessiyası çərçivəsində Nyu-Yorkda BMT-nin 2015-ci ildən sonrakı dövr üçün inkişaf gündəliyinin qəbul edilməsi üzrə zirvə toplantısına qatılıb.

Toplantı Minilliyin İnkişaf məqsədlərinin yekunlarının qiymətləndirilməsi və davamlı inkişafın yeni məqsədlərinin müəyyən edilməsinə həsr olunub.

E. Məmmədyarov bildirib ki, sürətli inkişaf edən iqtisadiyyata malik ölkələrdən biri kimi, Azərbaycan inkişaf sahəsində təsirli nəticələrə nail olub:

“Azərbaycan, Türkiyə, Yunanıstan, Albaniya və İtaliyanın enerji kəmərləri şəbəkəsini birləşdirəcək Trans-Anadolu və Trans-Adriatik təbii qaz kəmərləri və Cənub Qaz Dəhlizinin tikintisi yolu ilə Bakı-Tbilisi-Ceyhan neft kəməri kimi enerji infrastrukturu layihələri ilə Azərbaycan qlobal bazarın ən mühüm oyunçularından biri olmağı bacarıb. Həmçinin Azərbaycan, Gürcüstan və Türkiyənin dəmiryolları sistemlərini əlaqələndirəcək Bakı-Tbilisi-Qars dəmiryolu xətti layihəsi və qədim İpək Yolunu canlandırmaqla Şərq və Qərb arasında qısa və səmərəli əlaqəyə imkan verəcək yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanı kimi strateji infrastruktur layihələrinin təşəbbüskarı olub”.

Dağlıq Qarabağ münaqişəsindən də danışan Elmar Məmmədyarov deyib ki, Azərbaycan ərazilərinin 20 faizinin qonşu Ermənistan tərəfindən davam edən hərbi işğalı beynəlxalq sülhə və təhlükəsizliyə ciddi təhdid yaratmaqda davam edir.

Günün bütün mövzuları

XS
SM
MD
LG