Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 14:08

Şeyx erməni kilsəsinin başçısı ilə görüşüb


Allahşükür Paşazadə

Allahşükür Paşazadə

-

Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə «Vicdana çağırış» Beynəlxalq Fondunun 50 illik yubileyinə həsr olunmuş mərasimə qatılmaq üçün Nyu-Yorka səfər edib.

QMİ-nin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, QMİ sədri BMT Baş Assambleyasının bir çox iştirakçılarının qatıldığı 500-ə yaxın qonaq qarşısında çıxış edib.

Şeyxülislam çıxışında Azərbaycanda dövlət-din münasibətlərinin yüksək səviyyəsi, söz və etiqad azadlığından, tolerantlıq, multikulturalizm mühitindən, burada ksenofobiya, antisemitizm təzahürlərinin olmamasından danışıb. O bildirib ki, Azərbaycanda məscidlərlə yanaşı, kilsələr və sinaqoqlar tikilir, təmir-bərpa işləri görülür, ənənəvi dini icmalar dövlətin qayğısı ilə əhatə olunur.

Yubiley mərasimindən öncə isə A.Paşazadə Amerika erməni kilsəsinin başçısı arxiyepiskop Khajag Barsamian-la görüşüb. Görüş zamanı Qarabağ münaqişəsinin tezliklə sülh yolu ilə ədalətli həllinin tapılması yönündə dini liderlərin səylərinin əhəmiyyəti və görüşlərin davam etdirilməsi zərurəti vurğulanıb.

Nyu-Yorkda keçirilən görüşlərdə Şeyxülislam Allahşükür Paşazadəni Azərbaycanın ABŞ-dakı səfiri Elin Süleymanov müşayiət edib.

Günün bütün mövzuları

XS
SM
MD
LG