Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 09:50

-

Sentyabrın 25-də özünü asan Biləsuvar Telekommunikasiya Qovşağının rəisi İlkin Ağayev intihardan öncə üç məktub yazıb.

Qafqazinfo belə yazır. Rəis 35 yaşının tamam olduğu gün - doğum günündə özünü asıb.

İlkin Ağayev qeyri-iş günündə idarəyə gələrək vacib işinin olduğunu deyərək qarovulçudan açarları alıb.

Gecəyədək gözləyən qarovulçu rəisdən xəbər çıxmayınca işçilərə xəbər verib. Bundan sonra qapını sındıraraq içəri daxil olan işçilər rəislərinin içəridə asılmış vəziyyətdə olan meyitini aşkarlayıblar.

Ailəyə yaxın şəxslər Qafqazinfo-ya bildiriblər ki, İlkin Ağayev intihardan əvvəl üç məktub yazıb. Onlardan birini qardaşına ünvanlayıb. Üç övladını qardaşına əmanət edərək, onların qayğısına qalmağı xahiş edib.

İkinci məktub isə Rayon Prokurorluğuna yazılıb. Belə ki, rəis ölümündə heç kəsin günahkar olmadığını qeyd edib.

Bu məktublardan daha əvvəl yazdığı məktubunu isə rəis parçalayaraq zibil qabına atıb. İlkin Ağayevin ölümünün əsl səbəbinin də məhz o cırılmış məktubda əks olunduğu deyilir.

Hazırda rayon prokurorluğunun əməkdaşları və ekspertlər həmin məktubun hissələrini birləşdirərək oxumağa cəhd edirlər.

Cinayət işi açılıb, araşdırma aparılır.​

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG