Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 17:05

-

BMT-nin hazırladığı hesabatda deyilir ki, «İslam Dövləti» adlı terrorçu qruplaşmanın Əfqanıstanda dəstəyi güclənib.

BMT ekspertlərinin məlumatlarına görə, Əfqanıstanın 34 əyalətindən 25-də bu qruplaşmaya rəğbəti olanların və onun sıralarına qoşulmaq istəyənlərin sayı artıb.

Məlumatı «France-Presse» yayıb.

Araşdırmaya görə, «İslam Dövləti»nin nüfuzlu döyüşçülərindən olan Abdul Rauf Hadem talibançıların keçmiş lideri Molla Mohammad Omar-ın məsləhətçisi olub. Daha sonra özünün dəstəsini yaradıb. Bəzi məlumatlara görə, Hadem Əfqanıstanda döyüşçüləri İŞİD sıralarına cəlb etməklə məşğuldur, bunun müqabilində onlara böyük məbləğdə pul da verir.

Günün bütün mövzuları

XS
SM
MD
LG