Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 05:22

Rusiya və Estoniya casusları dəyişdirdilər


Eston Kohver
Eston Kohver

-

Rusiyada casusluqda ittiham olunaraq mühakimə edilmiş Estoniya vətəndaşı Eston Kohver öz ölkəsinə verilib.

Kohver Estoniyanın Daxili İşlər Nazirliyinin sabiq əməkdaşı Aleksei Dressen ilə dəyişdirilib.

Aleksei Dressen məxfi məlumatları Rusiyaya ötürdüyü üçün cəza çəkirdi.

KAPO Estoniya təhlükəsizlik polisinin əməkdaşı Eston Kohver ötən il sentyabrın 5-də saxlanılmışdı. Rusiya Federal Təhlükəsizlik Xidməti onun casus əməliyyatı həyata keçirdiyini bildirirdi.

Estoniya hakimiyyəti isə deyirdi ki, Rusiya Kohver-i Estoniya ərazisində, Luxamaa sərhəd məntəqəsi yaxınlığında tapşırıq yerinə yetirərkən oğurlayıb.

2015-ci ilin avqustunda Pskov vilayət məhkəməsi Eston Kohver-i 15 il azadlıqdan məhrum etmişdi.

XS
SM
MD
LG