Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 00:13

-

Sentyabrın 27-də Azərbaycanda şimşək çaxacaq, yağış yağacaq.

Bu barədə Report-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən məlumat verilib.

Bakıda və Abşeron yarımadasında sentyabrın 27-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, yarımadanın bəzi yerlərində qısamüddətli az yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Gün ərzində isə əsasən yağmursuz olacağı ehtimalı var. Mülayim şimal küləyi əsəcək.

Abşeron yarımadasında gecə 16-20, gündüz 26-30, Bakıda gecə 17-19, gündüz 26-30 dərəcə isti olacaq.

Azərbaycan rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi, axşam və gecə saatlarında bəzi yerlərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir. Səhər ayrı-ayrı yerlərdə duman olacaq. Mülayim şərq küləyi əsəcək.

Gecə 13-18, gündüz 27-32, dağlarda gecə 10-15, gündüz 21-26 dərəcə isti olacaq.

Günün bütün mövzuları

XS
SM
MD
LG