Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 14:48

Bu şəxslərə vəzifə verənlər cəzalandırılacaq


Foto illüstrasiya.
Foto illüstrasiya.

-

Azərbaycanda dövlət sirri ilə işləməyə icazəsi olmayanları bu sahədə vəzifəyə təyin edənlər cəzalandırılacaq.

Bununla bağlı Milli Məclisdə İnzibati Xətalar (İXM) Məcəlləsinə dəyişiklik edilməsi nəzərdə tutulur.

Trend-in məlumatına görə, parlamentdə İnzibati Xətalar Məcəlləsinə 181-6-cı maddənin əlavə edilməsini nəzərdə tutan qanun layihəsi hazırlanıb.

Layihəyə əsasən, Azərbaycanda dövlət sirri ilə işləməyə buraxılışı olmayan şəxsin dövlət sirrindən istifadə ilə bağlı vəzifəyə təyin edilməsinə görə vəzifəli şəxslər 500 manatdan 700 manatadək miqdarda, hüquqi şəxslər isə 1500 manatdan 2000 manatadək miqdarda cərimə ediləcək.

Qanun layihəsinin oktyabrın əvvəlində Milli Məclisin plenar iclasında müzakirəyə çıxarılacağı gözlənilir.

XS
SM
MD
LG