Keçid linkləri

logo-print
2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 07:23

-

Nobel mükafatı laureatı, yeniyetmə qız Malala Yousafzai dünya liderlərini Suriya münaqişəsinin həlli yönündə daha çox addım atmağa çağırıb. Malala deyir ki, uşağın suda bataraq ölməsi dünyanın insaniyyətinin itməsinin göstəricisidir.

Nümayişkaranə şəkildə məktəbə getdiyi üçün taliblər tərəfindən güllələnən 18 yaşlı pakistanlı qız sentyabrın 25-də BMT-nin Baş Assambleyasının açılışında çıxış edib. Malala sentyabrın əvvəllərində Türkiyə sahillərində suda batmış Aylan Kurdi-nin ölüm şəklinin gözünün önündən getmədiyini bildirib.

Nobel mükafatçısının sözlərinə görə, çimərlikdə «üzü suda yatan körpənin tükürpərdici obrazı dünya ictimaiyyətinin qanını donduraraq Suriya miqrantlarının faciəsini evlərimizə gətirdi».

O daha sonra deyib: «Biz uşaqlar heç bir yerdə xoş qarşılanmadığımız gün insanlığımızı itirdik. İndi böyük dəstəyə və yaşama haqqına ehtiyacı olan insanlara digər insanların öz ürəklərini və torpaqlarına yol açması vacibdir».

Malala dünya liderlərinə müraciət edərək onların öz uşaqlarının Suriyada minlərlə insanın ölümünə və əzabına səbəb olan İŞID tərəfindən qorxu və təqiblərdən əziyyət çəkməsini təsəvvür etməsini istəyib.

Günün bütün mövzuları

XS
SM
MD
LG