Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 03:42

Separatçılar humanitar təşkilatları qovur


Luqansk.
Luqansk.

-

Ukrayna və Birləşmiş Ştatlar rusiyapərəst separatçıların nəzarətində olan ərazilərdə xarici humanitar təşkilatların fəaliyyətinə qadağa qoyulmasına etiraz edib. Onlar bəyan ediblər ki, bu qadağa Minsk razılaşmasının pozulmasıdır.

Separatçı «Luqansk Xalq Respublikası»nın rəhbəri bildirib ki, onlar 11 xarici humanitar agentlikdən 10-unun akkreditasiyasına icazə verməyiblər və onlara Luqanskı tərk etmək əmri veriblər.

Ukrayna bu hərəkətin fevralda imzalanmış və humanitar yardımın beynəlxalq mexanizmlər vasitəsilə çatdırılmasını tələb edən sülh razılaşmasının ziddinə olduğunu bildirib. Ukrayna prezidenti Petro Porashenko-nun mətbuat katibi Irina Gerashchenko Reuters-ə deyib ki, bu, Minsk razılaşmasını pozmağa yönələn cəhddir: «Ukrayna beynəlxalq təşkilatlara qoyulan qadağadan dərin narahatlığını bildirir. Bu qadağa hər şeydən əvvəl sıravi vətəndaşlara təsir edəcək».

ABŞ Dövlət Departamenti də bu qərarı pisləyib: «Bu təşkilatların xaric edilməsi Donbasda qışqabağı separatçıların nəzarətində olan ərazilərdə 3 milyon insanın ərzağa, suya, tibbi yardıma, yaşayış yerinə və geyimə olan tələbatının ödənilməsinə olan yolları bağlayır».

XS
SM
MD
LG