Keçid linkləri

2017, 19 Yanvar, Cümə axşamı, Bakı vaxtı 10:44

Bakıda keçirilən şahmat üzrə Dünya Kuboku davam edir.

Apasport.az saytının məlumatına görə, yarışın 1/4 final mərhələsinin tay-brek görüşləri keçirilib.

İlk 2 görüşdə rusiyalı Sergey Karyakinlə heç-heçə oynayan Azərbaycan yığmasının lideri Şəhriyar Məmmədyarov bu dəfə onunla sürətli şahmatda üz-üzə gəlib.

Amma 25 dəqiqə + 10 saniyə sistemi üzrə keçirilən 2 görüşdə də qalib müəyyənləşməyib.

Şahmatçılar növbəti mərhələdə daha sürətli (10+10) sistemində yarışmalı olublar.

Şəhriyar Məmmədyarov bu dəfə həm ağ, həm də qara fiqurlarla məğlub olaraq mübarizəni dayandırmalı olub.

Qeyd edək ki, Azərbaycan şahmatçılarından Eltac Səfərli ,Vasif Durarbəyli, Rauf Məmmədov,Qədir Hüseynov və Teymur Rəcəbov da mübarizəni dayandırıblar

Günün bütün mövzuları

XS
SM
MD
LG