Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 04:33

Xorvatiyanın baş naziri Zoran Milanovic 24 saat ərzində Serbiya ilə sərhəddəki məhdudiyyətlərin götürüləcəyini bildirib.

O sentyabrın 25-də bildirib ki, bununla bağlı serbiyalı həmkarları ilə intensiv danışıqlar apardığını və sərhədlərin bu gün və ya sabah açılacağını bildirib.

Avropa Komissiyası bundan əvvəl Xorvatiyadan sərhədin bağlanmasına təcili aydınlıq gətirilməsini istəmişdi.

Zaqreb sentyabrın 24-də Serbiyadan gələn bütün yük maşınları və serblərin ölkəyə keçməsini qadağan edib.

Xorvatiya Serbiyaya yığışan miqrantların geri-Macarıstana qaytarılmasını istəyir.

Amma Macarıstan da Serbiya ilə sərhədi tam bağlayıb.

Onu da qeyd edək ki, Belqrad Xorvatiyadan əvvəl bu ölkədən gələn yük maşınlarının Serbiyaya girməsinə qadağa qoyub.

Avropa Birliyinin xarici siyasət məsələləri üzrə rəsmisi Federica Mogherini sentyabrın 25-də hər iki ölkə rəhbərliyini problemi həll etməyə çağırıb.

Macarıstan bu günlərdə Serbiya ilə sərhədi bağladıqdan sonra Xorvatiyaya 10 minlərlə qaçqın keçib.

Son aylar Yaxın Şərq və Şimali Afrika ölkələrindən Avropaya qaçqın axını kütləvi hal alıb.

Təkcə bu il Avropa Birliyinə 500 mindən çox miqrant keçib.

Onların əksəriyyəti Suriya, İraq və Əfqanıstandandır.

Qaçqınlar əsasən Qərbi Avropa ölkələrinə keçməyə çan atırlar.

Günün bütün mövzuları

XS
SM
MD
LG