Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 20:31

Sentyabrın 26-da Bakı və Abşeron yarımadasında hava dəyişkən buludlu, əsasən yağmursuz olacaq.

Amma gecəyə doğru yarımadanın bəzi yerlərində qısamüddətli yağış gözlənilir.

Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, cənub-şərq küləyi əsəcək.

Bakıda gecə 18-20, gündüz 28-30, Abşeron yarımadasında isə gecə 16-20, gündüz 26-30 dərəcə isti olacaq.

Bölgələrdə də hava, əsasən, yağmursuz olacaq.

Amma axşam və gecə saatlarında bəzi dağlıq və dağətəyi rayonlarda şimşək çaxacağı və qısamüddətli yağış gözlənilir.

Gecə 14-19, gündüz 27-32, dağlarda gecə 10-15, gündüz 22-27 dərəcə isti olacaq.

Günün bütün mövzuları

XS
SM
MD
LG