Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 20:10

Özbəkistanda uşaqlar məscidə buraxılmır


Daşkənddə namaz.
Daşkənddə namaz.

-

Özbəkistan hökuməti 18 yaşadək uşaq və yeniyetmələrin cümə namazlarına, o cümlədən Qurban bayramı namazına buraxılmasını qadağan edib.

Sentyabrın 23-də Təhsil Nazirliyi valideynləri xəbərdar edib ki, kimin uşağını namaz vaxtları məsciddə görsələr, 750 dollar cərimə olunacaqlar. Bu, ölkədə 15 aylıq orta əməkhaqqına bərabərdir.

İmamlara da tapşırılıb ki, 18 yaşı tamam olmayanları məscidə buraxmasınlar.

Özbəkistan hökuməti islam ekstremizminin ölkə daxilində genişlənməsindən narahatlığını gizlətmir.

«DİN UŞAĞI MƏKTBƏDƏN YAYINDIRMAMALIDIR»

Daşkənddə yerli rəhbərlikdən AzadlıqRadiosuna deyiblər ki, din uşaqların fikrini məktəbdən yayındırmamalıdır. Məmurlar hesab edirlər ki, insanlar dinlə məktəbi qurtarandan sonra da maraqlana bilərlər.

Prezident Islam Karimov avqustun 18-də fərman imzalayıb ki, sentyabrın 24-də ölkədə bayramdır və müsəlmanlar Qurban bayramını qeyd edə bilərlər. Amma bu, uşaqların məscidlərə getməsi ilə bağlı qadağanı aradan qaldırmır.

Bayram Özbəkistanda pambıq yığımı ilə üst-üstə düşüb. Sentyabrın 24-ü qeyri-iş günü olmasına baxmayaraq, tələbələr, dövlət idarələrində çalışanlar, o cümlədən səhiyyə, təhsil işçiləri pambıq yığımına aparılıblar.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG