Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 12:59

Həcc ziyarətində baş verən faciədə azı 131 iranlı zəvvar ölüb.

Bu barədə İran Həcc təşkilatının rəhbəri Said Ohadi məlumat verirb.

O İRNA agentliyinə həmçinin 60 iranlı zəvvarın xəsarət aldığını deyib.

Səudiyyə rəsmiləri sentyabrın 24-də baş verən basabasda azı 717 nəfərin öldüyünü, 800-dən çox adamın xəsarət aldığını deyirlər.

İnsident şeytana daşatma mərasimi zamanı baş verib.

İranın ali dini lideri Ayatollah Ali Khamenei də daxil olmaqla ölkə rəsmiləri bu faciəyə görə Səudiyyə rəhbərliyini günahlandırırlar.

Khamenei deyib ki, Səudiyyə hakimiyyəti bu hadisəyə görə “ağır məsuliyyəti” üzərinə götürməlidir.

Məlumatlara görə sentyabrın 22-dən başlayan Həcc ziyarətinə bu il 164 müsəlman ölkəsindən 2 milyonadaək zəvvar gedib.

Günün bütün mövzuları

XS
SM
MD
LG