Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 20:24

-

«Rusiyada prezident Vladimir Putin-in qurduğu rejimin kökü vaxtilə Boris Yeltsin-in sırf şəxsi səbəblərdən verdiyi qərara gedib çıxır. O, şəxsi təhlükəsizliyini, sərvətini, ailəsini qoruyacaq birini - Putin-i varisi seçdi. Yeltsin-in nazirlərindən olan Sergei Stepashin daha demokratiyaya meylli idi. O, 1994-cü il ilk çeçen müharibəsinə azacıq rəğbətini də büruzə vermişdi».

«Project Syndicate» saytı Nina Khrushcheva-nın məqaləsini dərc edib. Müəllif Nyu-Yorkda Yeni Məktəbin dekanı və Dünya Siyasət İnstitutunda Rusiya layihəsinin rəhbəridir.

Müəllif yazır ki, Yeltsin-in seçimi şəxsi maraqlarına cavab versə də, Rusiyanı avtoritarizmə qaytardı. Yeltsin həm Rusiyanın demokratik gələcəyə açılması, həm də ölkə tarixində həmin fəslin bağlanması üçün məsuliyyət daşıyırdı.

«İndi də Türkiyənin gələcəyi bir kişinin əlindədir: keçmiş prezident Abdullah Gül-ün. Türkiyə seçiciləri noyabrın 1-də ikinci dəfə parlament seçkilərinə gedir. Gül prezident Recep Tayyip Erdoğan-a arxa durmaqla bağlı qərar verməlidir. Onun seçimi Türkiyənin demokratik qalacağı, yaxud Erdoğan-ın yaratdığı putinizmə doğru gedəcəyini müəyyənləşdirəcək».

İyundakı seçkilərdə Erdoğan-ın AKP-si səs çoxluğu qazana bilməyəndən sonra Gül belə bir vacib mövqeyə yüksəlib, - müəllif yazır.

«Putin-lə Erdoğan arasında böyük fərq var. Yeltsin gedəndə Putin heç kəsdən asılı deyildi, Kremlin ağası idi… Erdoğan isə AKP-ni tərəfdaşı Gül-lə birlikdə yaradıb. Yeltsin-dən fərqli olaraq, Gül vəzifədən gedəndən güclü mövqeyini saxlayıb».

Müəllif Gül-ün daim Erdoğan-ın kölgəsində qalmasından, vaxtilə Gül hökumətində xidmətləri olmuş AKP üzvlərinin partiyadan çıxarılmasından bəhs edir:

«John F.Kennedy yazırdı: Adam etməli olduğunu etməlidir – şəxsən özünə aid olan nəticələrin acığına, maneələrin, təhlükələrin və təzyiqlərin acığına – və bu, bütün bəşər mənəviyyatının təməlidir. Gül üçün həmin məqam indidir…».

Gürcüstan-NATO birgə təlim mərkəzinin açılışı – 27 avqust 2015.

Gürcüstan-NATO birgə təlim mərkəzinin açılışı – 27 avqust 2015.

NATO-NUN SONSUZ QAFQAZ NƏVAZİŞİ…

«Foreign Policy» dərgisi Gürcüstanın NATO üzvlüyünə can atmasından bəhs edir. Avqustda NATO Tbilisidə yaratdığı birgə təlim mərkəzi açdı. Gürcüstan 1990-cı illərin sonlarından NATO üzvlüyünü hədəfləyir. Bu yeni mərkəz Tbilisi üçün birmənalı yaxşı xəbərdir, ancaq daha çox sakitləşdirici mükafatdır. Axı NATO liderləri dəfələrlə bildiriblər ki, tezliklə üzvlükdən söhbət gedə bilməz. Problem heç də ölkənin alyansın standartlarına cavab verməməsində deyil. NATO heç Gürcüstanın üzvlüyü qazanmaq üçün nə etməli olduğunu da aydınlaşdırmır.

Ölkənin müdafiə naziri də bu yaxınlarda xəbərdarlıq edib ki, NATO-nun zəif mövqe göstərməsi qərbyönlü seçiciləri ruhdan salır, rusiyapərəsət qüvvələr təşəbbüsü ələ alır.

Məqalədə vurğulanır ki, NATO 2016-cı ildə də ciddi addım atmasa, Gürcüstan əlavə tədbirlər görməlidir, müdafiəsini gücləndirməlidir. Tbilisi, məsələn, aktiv və ehtiyat qüvvələrinin sayını artıra bilər. Gürcü siyasətçiləri Sinqapur, İsrail, İsveçrə kimi ölkələrə kiçik, firavan dövlətlər kimi istinad edirlər. Tbilisi də onların ardınca gedə, «total müdafiə» doktrinası qəbul edə bilər. Gürcüstan Çinlə münasibətləri gücləndirə, Avro-Atlantik strukturlardan kənarda güclü əlaqələr yarada bilər. «Gürcüstan əslində NATO üzvlüyünə hazırdır və bu üzvlüyü əldə etməlidir. Bu arada Tbilisi mövqeyini gücləndirmək üçün yerli və diplomatik addımlar ata bilər. Bu, nəinki Gürcüstanın suverenliyini artıracaq, həmçinin onu NATO-ya daha cazibədar namizədə çevirəcək».

Maydan – 20 fevral 2015

Maydan – 20 fevral 2015

QƏRBƏ BAX, MAYDAN

«Ukrayna inqilabını korrupsiya və özəl maraqlar boğur». Bunu «The Economist» yazır. Məqalədə vurğulanır ki, döyüşlərin səngiməsinə baxmayaraq, Qərb dövlətləri diqqəti başqa yerə yönəltməyə meyl göstərsələr, səhv etmiş olarlar.

«Ukraynada münaqişə tək atışma gedən müharibədən ibarət olmayıb. Maydan inqilabı korrupsioner postsovet hökumətini avropayönümlü müasir idarəçiliklə əvəzləmək cəhdi idi. Ukraynada bütün postsovet regionunun gələcəyi risk altındadır».

«Hələlik cənab Putin çox narahat olmaya bilər. Ukrayna islahatçıları çalışsalar da, korrupsiya ilə mübarizə elə də yaxşı getmir. Ukrayna dövləti Rusiya kimi böyük bir mafiyanı xatırladır. Ölkəni idarə edir, ancaq əsas məqsədi rüşvət almaqdır. Oliqarxlar hələ də Ukraynada üstünlük təşkil edir. Hökumət korrupsiya ilə bir az da artıq savaşsa, oliqarxlar öz ordularından yararlanıb dövlət çevrilişi edərlər. Hökumət az işləsə, Maydanın qəzəbli veteranları öz çevrilişlərini təşkil edərlər. Beləliklə Avropanın sərhədlərində rəqib silahlıların savaşdığı bir uğursuz dövlət peyda olar – Avropanın Suriyası».

«Ukraynaya kənardan daha çox birbaşa yardım lazımdır. Hökumət Mərkəzi və Şərqi Avropadan texnokratlar cəlb edib. Ancaq Qərb təcili şəkildə daha çox kömək göstərməlidir… Qərb donorları təklif edirlər ki, rüşvət alınmasını azaltmaq üçün Ukrayna rəsmilərinin maaşları artırılsın. Ancaq bəziləri həm artımı, həm də rüşvət alacaq. Yaxşısı, ölkəyə kənardan kadrlar göndərmək lazımdır».

Günün bütün mövzuları

XS
SM
MD
LG