Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 08:48

Malala BMT sammitində çıxış edəcək


Malala 18 yaşını Livanda suriyalı qaçqınlarla keçirib

Malala 18 yaşını Livanda suriyalı qaçqınlarla keçirib

-

Nobel Sülh mükafatı laureatı Malala Yousafzai sentyabrın 25-də BMT sammitində çıxış edəcək. O, dünyada bütün uşaqlar üçün 12 illik pulsuz təhsilin təmin olunmasına çağıracaq.

Malala 2012-ci ildə Pakistanda talibançılar tərəfindən güllələnib. O, qızların təhsil hüququ uğrunda mübarizə aparır.

Malala-dan əvvəl Papa Francis açılış nitqi edəcək.

“Liderlərin öz uşaqları üçün arzuladıqları, ümid edirəm, dünyanın bütün uşaqları üçün arzu olunacaq,” Malala Reuters agentliyinə deyib. “Gələcəyimizin daha güclü, daha işıqlı olmasını istəyiriksə, təhsilə yatırım qoymalıyıq. Bunun üçün cəmi 39 milyard gərəkir, yəni hərbiyə səkkiz gün ərzində bu qədər pul xərclənir”.

İyulda Malala-nın 18 yaşı tamam olub.

Günün bütün mövzuları

XS
SM
MD
LG