Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 20:09

-

Rusiya, Ukrayna və Avropa Birliyi Rusiya qazının Ukraynaya verilməsini bərpa etmək üçün danışıqlara başlayırlar. Bunu sentyabrın 24-də Brüsseldə jurnalistlərə Rusiyanın enerji naziri Alexander Novak deyib.

Nazirin sözlərinə görə, tərəflər protokolun mətni üzrə razılıq əldə edəcəklər.

Ötən il eks-prezident Viktor Yanukovych devriləndən sonra Rusiya ilə Ukrayna arasında qaz mübahisəsi yaranıb.

Moskvayla Kiyevin danışıqları baş tutmayandan sonra Gazprom şirkəti Ukraynaya qaz təchizatını dayandırıb.

Ukrayna Avropanın istehlak etdiyi qazın 15 faizini nəql edir. Gazrpom qaz təchizatını dayandırdığı üçün Ukraynanın da ehtiyatları da tükənir.

Rusiyadan qaz almaq üçün AB Ukraynaya 500 milyon dollar ayırır.

XS
SM
MD
LG