Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 18:30

-

Rusiyalı tennisçi Maria Sharapova son on ilin 20 ən çox qazanan atletləri siyahısındadır. Bunu Forbes jurnalı sentyabrın 24-də elan edib.

Reytinq 2005-2015-ci illərdə təqaüddə olanlar da daxil olmaqlar, atletlərin gəlirləri əsasında hesablanıb.

Əslən Rusiyadan olan, Birləşmiş Ştatlarda yaşayan Sharapova siyahıda yeganə qadındır və 18-ci yerdə qərarlaşıb. Onun 10 il ərzində gəliri 250 milyon dollar olub.

Birinci yerdə britaniyalı qolf ustası Tiger Woods gəlir, o, 10 il ərzində 845 milyon dollar qazanıb. İkinci yeri amerikalı boksçu Floyd Mayweather (660 milyon dollar), üçüncü yeri basketbol əfsanəsi Kobe Bryant (475 milyon dollar) tutur.

İlk onluqda ulduz futbolçular David Beckham (441 milyon), Cristiano Ronaldo (407 milyon) və Lionel Messi (350 milyon) də var.

XS
SM
MD
LG