Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 14:50

-

İraqın yezidi azlığı sentyabrın 24-də Beynəlxalq Cinayət Məhkəməsini çağırıb ki, İslam Dövlət silahlı qruplaşmasının genosid və seksual köləlik cinayətlərini araşdırsın. Bu qrup İD-nin xüsusi qəddar rəftarına məruz qalıb.

İraqın kürd regional hökumətinin dəstəyi ilə iki yezidi qrupu Haaqa məhkəməsinə hesabat təqdim edib. Hesabatda deyilir ki, İD “genosidə bərabər qəddarlıqları sistematik törədib və bu cinayətlər məhkəmənin yurisdiksiyasına aiddir”.

İddialarda 700 yezidi kişinin qətli, qoca və xəstələrin öldürülməsi, minlərlə qadının zorlanması və kölə edilməsi, uşaqların oğurlanması, onların islamı qəbul edib İD uğrunda müharibəyə cəlb edilməsi qeyd olunur. İD açıq şəkildə deyib ki, yezidi dinini məhv etmək istəyir.

Bu ilin əvvəlində Haaqa məhkəməsinin baş prokuroru Fatou Bensouda bildirib ki, İD “dilə gətirilməyən qəddarlıq” törədib, buraya kütləvi edamlar, zorlama və işgəncə aiddir. Ancaq onu da əlavə edib ki, İraq və Suriya məhkəmə üzvü olmadıqları üçün məsələni araşdıra bilmir.

Yezidilərin hesabatında 20 əcnəbi döyüşçünün adı çəkilir. Onların təmsil etdikləri ölkələr məhkəmənin Roma Nizamnaməsini imzalayıblar. Hesabatda deyilir ki, İD sıralarında 5-7 min əcnəbi döyüşür.

Günün bütün mövzuları

XS
SM
MD
LG