Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 06:45

Heyvanları bağda tərk edib şəhərə qayıdırlar


Fotoqraf: Samirə Nəcəf

Fotoqraf: Samirə Nəcəf

- Rusiyanın Mərkəzi uşaq kitabxanası və üç böyük heyvansevər cəmiyyəti 29 sentyabrda bir neçə aksiya keçirəcək.

Son illər hər il bu vaxtlar Rusiyada heyvanları qorumağa səsləyən aksiyalar olur. Niyə məhz bu vaxtlar? Çünki sentyabrın sonları bağ mövsümü bitiir.

Bağ mövsümü bitəndə şəhərə qayıdan insanlar itlərini, pişiklərini bağlarda qoyub gedirlər. “Bir ordu ev heyvanı qalır bağlarda.”

Odur ki, “Öz sadiq dostlarınızı evdən, qayğıdan məhrum etməyin” şüarıyla aksiyalar Konstantin Sergienkonun “До свиданья, овраг” (1979) romanı şərəfinə keçirilir.

Kitabda Moskva ətrafında yiyəsiz itlərin necə çətin həyat yaşadığından danışılır.

Bu il də uşaq kitabxanalarında könüllülər, kinoloqlar və yazıçıların görüşü keçiriləcək. Onlarla uşaq yazıçısı həmin gün bağlarda tərk edilən heyvanların vəziyyətinə diqqət cəlb edəcək.

Günün bütün mövzuları

XS
SM
MD
LG