Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 02:17

Obama Rohani ilə görüşməyəcək


Hassan Rouhani İranda təyyarəyə minərkən

Hassan Rouhani İranda təyyarəyə minərkən

-

ABŞ prezidenti Barack Obama gələn həftə BMT-nin sammiti çərçivəsində Rusiya və Hindistan liderləri ilə görüşəcək. Ancaq onun iranlı həmkarı Hassan Rohani ilə görüşü nəzərdə tutulmayıb.

İyulda İranla altı dövlət arasında nüvə sazişi əldə olunandan bəri ilk dəfə olaraq iki lider BMT Baş Assambleyasında bir arada olacaq.

İki il öncə elə həmin toplantıda Obama ilə Rohani-nin əl sıxmasının mümkünlüyü müzakirə olunurdu, axırda baş tutmamışdı.

Amerika prezidentinin Rusiya və Hindistan prezidentləri, Vladimir Putin və Narendra Modi ilə görüşəcəyi, hətta kubalı həmkarı Raul Castro ilə qısa söhbət edəcəyi gözlənir.

Ukrayna prezidenti Petro Poroshenko-nun ofisi bildirib ki, o, da Obama ilə görüşmək istəyir.

Günün bütün mövzuları

XS
SM
MD
LG