Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 03:36

Ermənistan bildirib ki, Azərbaycan tərəfdən açılan atəşlə 3 sakini öldürülüb, ikisi isə yaralanıb.

Bunlar Azərbaycanla həmsərdəd Tavuş rayonunun Paravakar kəndinin sakini, 83 yaşlı Paysar Ağacanyan, Bardavan kəndinin 94 yaşlı sakini Şuşan Asatryan və 41 yaşlı Sona Revazyandır. Daha iki kişi yaralanıb.

Azərbaycan tərəfi hələ ki bu məlumata münasibət bildirməyib.

Müdafiə Nazirliyinin son məlumatında deyilir ki, "sentyabrın 23-də gecə Noyemberyan rayonunun Dovex kəndi istiqamətindən iriçaplı silahlardan Qazax rayonunun Kəmərli kəndinin atəşə tutulması nəticəsində mülki sakin Dursunova Esmira Aslan qızı yaralanıb...

Buna da bax: "Qaz və işıq pulu arta bilər"

Esmira Dursunova

Esmira Dursunova

Ermənistan tərəfinin bu cür təxribat əməllərini həmişə olduğu kimi Azərbyacanda əlamətdar hadisələr, bayram günləri keçirildiyi vaxtda törətməsi məqsədyönlü xarakter daşıyır...

Müdafiə Nazirliyi bildirir ki, düşməni susdurmaq məqsədilə Silahlı Qüvvələrimiz tərəfindən görülən təxirəsalınmaz və adekvat tədbirlər nəticəsində Ermənistan Silahlı Qüvvələrinin atəş nöqtələrinə, mövqelərinə və səngərlərinə güclü atəş zərbələri endirilib. "

Günün bütün mövzuları

XS
SM
MD
LG