Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 00:39

Məsciddə partlayış törədilib, ölənlər var


Yəmən. Məsçiddə partlayış

Yəmən. Məsçiddə partlayış

Yəmənin paytaxtı Sanaada şiə məscidində törədilən partlayışda azı 25 nəfər ölüb, onlarla adam yaralanıb.

Şahidlərin sözlərinə görə, əvvəlcə Balili məscidinin içərində partlayış baş verib, sonra isə camaat çölə axışanda məsçidin girəcəyində ikinci partlayış törıdilib.

Bu məscidə Huti şiə birləşməsi nəzarət edir.

Hutilər şəhərin paytaxtını ötən il ələ keçiriblər.

Hazırda ölkənin bir sıra bölgələri də hutilərin nəzarətindədir.

Partlayışlara görə cavabdehliyi İslam Dövləti qrupu üzərinə götürüb.

Hökumət qoşunları bu yaxınlarda Aden şəhəri də daxil olmaqla ölkənin bir sıra cənub əyalətlərini hutilərdən geri alıblar.

Günün bütün mövzuları

XS
SM
MD
LG