Keçid linkləri

2024, 05 May, bazar, Bakı vaxtı 01:34

Bu dəfə Elton Johnla Putinin özü danışdı


Vladimir Putin və Elton John
Vladimir Putin və Elton John

Rusiya prezidenti Vladimir Putin britaniyalı müğənni Elton Johnla telefon söhbəti zamanı bu yaxınlarda rusiyalı telefon xuliqanların ona fırıldaq gəlməsindən inciməməyi xahiş edib.

Bu barədə sentyabrın 24-də Kremlin sözçüsü Dimitry Peskov məlumat verib.

Putin deyib ki, mən biliriəm telefon uşaqları sizə kələk gəlib, amma onlar ziyansızdır, onlardan inciməyin, amma bu onlara haqq qazandırmır.

Peksovun sözlərinə görə Putin müğənniyə deyib ki, əgər yaxın gələcəkdə iş cədvəlləri uyğun gəlsə onunla görüşüb maraqlandığı istənilən məsələni müzakirə etməyə hazırdır.

Rusiyalı “telefon xuliqanı” Vladimir Krasnov bu yaxınlarda prezident Vladimir Putinin adından danışaraq britaniyalı müğənni Elton Johna kələk gəldiyini etiraf edib.

O “Komsomolskaya Pravda” qəzetinə müsahibəsində bildirib ki, onunla danışıqda həmkarı Aleksei Stolyarov da iştirak edib, o müğənni ilə Putinin köməkçisi Dimitry Peskovun adından danışıb.

Britaniyalı müğənni Elton John isə həmin vaxt “İnstaqram”da zəngə görə Putinə təşəkkürünü bildirib və cinsi azlıqların problemlərini müzakirə etmək üçün səbirsizliklə onunla görüşmək istədiyini yazıb.

Az sonra Peskov bu informasiyanı təkzib edib.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG