Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 14:58

Beynəlxalq Qızı Xaç Komitəsinin əməkdaşları sentyabrın 19-da Dağlıq Qarabağda saxlanılan azərbaycanlı girovlar Dilqəm Əsgərov və Şahbaz Quliyevə baş çəkiblər.

Bu barədə AzadlıqRadosunun erməni xidmətinə komitənin mətbuat katibi Eteri Musayelyan məlumat verib.

Onlara ailələrindən məktub çatdırılıb, həmçinin ailələri üçün məktub götürülüb.

Dilqəm Əsgərovla Şahbaz Quliyev ötən ilin iyulunda Kəlbəcərdə doğma yurdlarını ziyarət edərkən erməni qüvvələri tərəfindən girov götürülüblər.

Onlarla birlikdə olan Həsən Həsənov isə həmin vaxt öldürülüb.

Qondarma Dağlıq Qarabağ rejimi Dilqəm Əsgərova ömürlük, Şahbaz Quliyevə isə 22 azadlıqdan məhrum edilib.

Günün bütün mövzuları

XS
SM
MD
LG