Keçid linkləri

2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 06:37

Fransa, Böyük Britaniya və NATO Rusiyanın Suriyada hərbi iştirakının həddən artıq artmasından narahatdırlar.

Fransanın müdafiə naziri, Jean-Yves Le Drian Moskvanı Suriyada hərbi iştirakının artmasına doğru əsas göstərməyə çağırıb.

O sentyabrın 24-də Parisdə britaniyalı həmkarı Michael Fallonla görüşdə bildirib ki, əgər Rusiyanın əsas məqsədi Suriya prezidenti Bashar Assadı müdafiə etməkdirsə bunu belə də deməlidir.

O qeyd edib ki, Rusiyanın Suriyada hərbi iştirakının genişlənməsi onsuzda çətin olan vəziyyəti daha da pisləşdirəcək.

Həmçinin NATO-nun baş katibi Jens Stoltenberg Rusiyanın bu hərəkətindən dərin narahat olduğunu bildirib və qeyd edib ki, Rusiyanın öz məqsədinə aydınlıq gətirməsi vacibdir.

Bu bəyanatlar Rusiyanın sentyabr və oktyabr aylarında Aralıq dənizində hərbi təlimlər keçirəcəyini bəyan eləməsindən sonra verilib.

Rusiyanın xarici işlər nazirliyi sentyabrın 24-də bildirib ki, bu təlimlər hələ ötən il planlaşdırılıb və bunu Suriyadakı vəziyyətlə bağlamaq olmaz.

Rusiya Suriyanın ən yaxın müttəfiqlərindən biridir.

4 ildir ki, Suriyada davam edən vətəndaş müharibəsində 250 minə yaxın adam ölüb.

Günün bütün mövzuları

XS
SM
MD
LG