Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 13:06

►"Mən onsuz da bu hadisədən əvvəl ərizə vermişdim, məlum qalmaqal işdən azad olunmağımı tezləşdirdi."

Bir müddət öncə İmişlidəki “Olimpiya” idman komleksində keçirilmiş, “AXCP Etimad Qurultayı Təşkilat Komitəsinin İmişli rayon şöbəsinin bərpa konfransı” kimi təqdim olunan yığıncaq ətrafında söz-söhbət səngimir.

Sosial şəbəkələrdə açılan müzakirələrdə heç vaxt AXCP üzvü olmamış şəxslərin qəfil özlərini partiyanın rayon təşkilatı təmsilçiləri kimi təqdim etməsindən daha çox, yığıncağın keçirildiyi yer qabardılırdı.

Yada salaq ki, illər öncə İmişliyə etdiyi səfər zamanı prezident İlham Əliyev də rayon ictimaiyyəti ilə görüşünü məhz bu məkanda keçirmişdi.

İdman arenası rəhbərinin tutduğu vəzifədən kənarlaşdırılması məhz "bərpa konfransı" ilə əlaqələndirilir.

Buna da bax: "Polis azarkeşin ağzını yummamalıdır"

“Məlum qalmaqal işdən çıxarılmağımı tezləşdirdi”

İmişli Olimpiya İdman Kompleksinin direktoru vəzifəsindən azad olunan Zaur Gülalıyev bu işdə heç bir təqsiri olmadığını deyir:

“Təşkilatçılar tədbirin yerli icra hakimiyyəti ilə razılaşdırıldığını demişdilər. Amma sonradan mərkəzi icra hakimiyyəti orqanlarına və bizim baş idarəyə belə bir yalan məlumat ötürüldü ki, guya bu tədbirdən rayon rəhbərliyinin xəbəri olmayıb və burada dövlətçilik əleyhinə çıxışlar edilib. Gəlib tədbirin videoyazısına baxdılar. Bütün ittihamlar Əli Kərimliyə ünvanlanmışdı. Mən onsuz da bu hadisədən əvvəl ərizə vermişdim, məlum qalmaqal işdən azad olunmağımı tezləşdirdi.”

“Kompleksdə başqa nöqsanlar aşkarlanıb”

Saleh Qafarov

Saleh Qafarov

Tədbirin təşkilatçılarından olan Saleh Qafarov isə “Olimpiya” kompleksi rəhbərinin işdən kənarlaşdırılmağında başqa motiv olduğunu iddia edir:

“Onun işdən çıxarılmağının bizim yığıncaqla heç bir bağlılığı yoxdur. Orada qəfil yoxlama keçirilib və ciddi nöqsanlar aşkarlanıb. Müəssisə pullu xidmət göstərir və biz də konfransımızı keçirmək üçün icarə haqqı ödəmişik. Belə bir tədbirin, orada səslənən fikirlərin icarədara nə aidiyyatı ola bilər?”

Buna da bax: Avropa Şurası: "İlqar Məmmədovu dərhal azad edin"

“Kompleks rəhbəri qurbandır”

Əli Qasımlı

Əli Qasımlı

AXCP İmişli rayon şöbəsinin sədri Əli Qasımlı isə hesab edir ki, hakimiyyət təmsilçiləri ictimai qınağa görə kompleks rəhbərini qurban veriblər:

“AXCP rayon şöbəsinin qərargahının yerləşdiyi, həmkarlar təşkilatının balansında olan bina 2013-cü ildən bəri təmir adı ilə bağlanıb. İmişlidə nəinki ictimai binalarda, hətta şəxsi mülkiyyətdə olan iaşə obyektlərində belə tədbirlərin keçirilməyinə imkan verilmir. Elə buna görə son konfransımız yaşayış evində baş tutub. “Anti-cəbhə” layihəsində yer alanların təmtəraqlı saraylara, konfrans zallarına buraxılması bu işin arxasında elə hakimiyyətin dayandığını sübut edir. Əslində kompleks rəhbəri özü bu çirkin kampaniyanın qurbanıdır.”

Günün bütün mövzuları

XS
SM
MD
LG