Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 13:04

- əli şirin şükürlü sayad

Şeir-esse

tələsən adam bəyazlıqda

tez-tez səhra görür – başdan-başa bəyaz, bomboz hüdudsüzluq

və o bəyazlıqda və hüdudsuzluqda nə istəsə yarada bilir xəyalən.

nə böyük yaratmaq gücü varmış boşluğa bürünmüş hüdudsuzluğun –

düşünür hər dəfə tez-tələsik.

yadına gələni bir cəhəti var

şeytanı sevindirən: elə hey tələsir.

bəzən özü də bilmir niyə tələsir, hara və kimə tələsir.

amma elə hey tələsir. tələsir, deyəsən

“heç nə üçün” “heç hara” və “heç kimə”. tələsir və

elə hey gedir. gedir - hərəkətdə, gedir dayandığı yerdə,

durduğu yerdə, gedir sükunət halında, ətalətdə.

gənclik illəri idi; gəminin göyərtəsində, düz dənizin ortasında

“gedək” – dedi bir neçə yaş özündən böyük əmisi oğluna. bilmədi

hirsləndi, ya gülməyi tutdu əmioğlunun. “indi hara gedək,

burdan o tərəfə dənizdi” – söylədi üzündə anlaşılmaz ifadə. gəmiyə

minəni neçənci “gedək” idi deyirdi ona indi xatırlamır doğrusu.

düz otuz il sonra düşünür kaş təkcə getməyi yox, qayıtmağa da

tələsərdi hərdən. qayıtmağa – məkanlara, zamanlara və adamlara.

qayıdıb dəyişə biləydi kaş bəzi hadisələri. dəyişə bilsəydi, bəlkə də

qərib şəhərlərə tez-tez üz almazdı gəmidə bezdirdiyi əmisi oğlu

və qərib şəhərlərin birində yoluxmazdı ümidsiz xəstəliyə.

düşünür getməyi yox, qayıtmağı da bacarmaq lazımdı bəzən

məkanlara, zamanlara və adamlara heç nə üçün olsa da belə. qayıdıb

doldurmaq lazımdı kimsəsiz məkanları zamanla və həndəsi

ölçülərinlə, sonra soyuq divarlara, daşlara üz qoyub alın söykəyib

sıxmaq lazımdı gözlərini yaxşıca. sıxmaq, için bomboş, tərtəmiz olana kimi

sıxmaq gözlərini, sıxmaq ...

bəyaz, bomboz hüdudsuz səhra idi içi indi. səhra – bomboş, bomboz, tərtəmiz;

heç nədən, heç kimdən heç nə üçün nə istəsən qur, yarat durmadan tələsik.

... – 23.09.2015

Günün bütün mövzuları

XS
SM
MD
LG