Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 18:08

Seymur Həzi aclıq aksiyasına başladı


-

5 il azadlıqdan məhrum edilən jurnalist Seymur Həzi sentyabrın 24-dən aclığa başlayıb.

Bu haqda AzadlıqRadiosuna onun atası Məşğul Həziyev məlumat verib. Onun dediyinə görə, oğlundan Apellyasiya Məhkəməsində son sözlə çıxış etməməsi tələb olunub. Ondan hətta hansısa sənədə imza atması da istənilib.

Bayram günü olduğundan rəsmi qurumlardan buna münasibət öyrənə bilmədik.

Seymur Həzi Cinayət Məcəlləsinin 221.3-cü (silahdan və ya silah qismində istifadə edilən əşyaları tətbiq etməklə xuliqanlıq) maddəsi ilə ittiham olunaraq bu ilin yanvarında 5 il həbsə məhkum edilib.

Hazırda Sumqayıt Apellyasiya Məhkəməsində jurnalistin birinci instansiya məhkəməsinin hökmündən verdiyi şikayətə baxılır. Növbəti proses sentyabrın 29-na təyin olunub.

Seymur Həzi «Azadlıq» qəzetinin əməkdaşı, «Azərbaycan saatı» verilişinin aparıcısıdır. O, yazılarına və siyasi mövqeyinə görə həbs edildiyini bildirir.

Günün bütün mövzuları

XS
SM
MD
LG