Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 19:24

Çexovun senzuraya uğramış ilk hekayələri


A.Çexov
A.Çexov

- “The Prank” Anton Çexovun 1882-ci ildə senzuraya uğramış ilk hekayələri 133 ildən sonra, ABŞ-da ingilis dilində “Gənc Çexovun ən yaxşı hekayələri” adıyla nəşr olunub.

Bu hekayələr əvvəllər heç vaxt, hətta rus dilində də işıq üzü görməyib.

1880-ci illərdə Çexov 20 yaşlarında idi və tibb üzrə təhsil alırdı. Ailəsini və təhsilini təmin etmək üçün o, Antoşa Çexonte imzasıyla qəzetlərdə gülməli hekayələr yazırdı.

Cəmiyyətin klişeləri əleyhinə olan, orta və yuxarı təbəqənin həyatına güclü kinayəylə dolu bəzi hekayələrin çapını çar Nikolay o zaman qadağan etmişdi. Bunlar həmin hekayələrdir.

Çexov hakimiyyətlə münasibətdə tutduğu mövqeyə görə "Xalqın mənəvi kompası" adı alıb.

Kitabda oxucular üçün tamamilə yeni Çexov üslubu var. Məsələn, kitabın sonlarında romantik pastiş, meta-nəsr, pre-modernist sürrealizm nümunələri görmək olar.

Kitabın dizaynında vaxtilə yazıçının qardaşı Nikolay Çexovun çəkdiyi illüstrasiyalardan istifadə olunub. Üz qabığında süfrəyə qoyulmuş balıq təsviri var. Kitab "Rəssamın arvadları" hekayəsilə açılır.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG