Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 19:33

Əmək və Əhalinin Müdafiəsi naziri Səlim Müslümov Göygöldə Gəncə şəhərinin, Samux, Daşkəsən, Tərtər, Kəlbəcər rayonlarının sakinlərini qəbul edib.

Nazir öz nazirliyinin yerli vəzifəli məmurları haqda deyib ki, “Siz hamınız beləsiniz, mən sizinlə bacara bilmirəm”.

Nazir idarə rəsmilərinə deyir ki, "sizi işə götürəndə sizdən pul alan olub? Ya siz indi aldığınızı kimə isə verirsiniz?"

Səlim Müslümov məmur özbaşınalığına qarşı sərt tədbirlər görəcəyi barədə də məlumat verib.

Nazir deyib ki, onda hətta diktofona yazılmış söhbət də var:

“Ağcabədidən ərizə gəldi mənə oxudum və daxili audit şöbəsinin müdirini dəvət etdim yanıma. Dedim bu adama gizli bir nəfər göndər, heç kəs xəbər tutmasın. Ona da vəsait ver qoy aparsın versin.

Həmin adam da cibinə diktofon qoyubmuş, indi məndədi o diktofon. Həmin diktofonda açıq alver gedir... Deyir ki, sənə 150 manat təyin edəcəm, bu qədərini mənə verərsən”.

ATV televiziyası həmin görüşdən şərh vermədən video yayıb

Şərhləri göstər

XS
SM
MD
LG