Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 10:13

-

Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) daimi nümayəndə heyətinin rəhbəri Səməd Seyidov və bir qrup deputat AŞPA-nın payız sessiyasında iştirak etmək üçün sentyabrın 27-dən oktyabrın 4-dək Strasburqda səfərdə olacaq.

Milli Məclisin saytında yerləşdirilən məlumata görə, nümayəndə heyətinə deputatlardan Sevinc Fətəliyeva, Rafael Hüseynov, Elxan Süleymanov, Sahibə Qafarova, Fazil Mustafa və Sabir Hacıyev daxildir.

Sessiya zamanı Assambleya Bürosunun və daimi komitənin görülən işlər barədə hesabatı dinləniləcək. Avropada miqrasiya böhranına siyasi və humanitar reaksiyalar, tranzit ölkələrdə çətinliklər və s. mövzularda fikir mübadiləsi aparılacaq.

Sessiyada deputat Rafael Hüseynovun «Dini azadlıq və demokratik cəmiyyətdə birgə yaşama» mövzusunda məruzəsi dinləniləcək.

Günün bütün mövzuları

XS
SM
MD
LG