Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 09:18

-

«Apple Watch» ABŞ-ın Massaçusets ştatında yaşayan 17 yaşlı Paul Hole-un həyatını xilas edib.

O, bu barədə «CBS Boston»a danışıb.

Paul Tabor Akademiyasının futbol komandasının üzvüdür. O, ötən həftə belində və sinəsində ağrılar hiss edərək məşqdən uzaqlaşıb.

Onun dediyinə görə, «Apple Watch»la ürək döyüntüsünü ölçüb. Ekranda iki saat boyunca göstərici 145 olub. Paul bundan sonra xəstəxanaya gedib. Həkimlər ona əzələ toxumasında zədələmədən ortaya çıxan ani pozulma-rabdomioliz diaqnozu qoyub. Vaxtında qarşısı alınmasa, ürək, böyrək, ağciyər çatışmazlığına səbəb ola bilər.

Paul «Apple»a minnətdarlığını bildirib. Bu xəbər şirkətin baş direktoru Tim Cook-a da çatıb və o, Paul-a zəng edib. Tim Cook ona yeni bir «iPhone» və şirkətdə yay təcrübə proqramı təklif edib.

XS
SM
MD
LG