Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 00:00

- Ernst Jandl

Ernst Jandl

Ernst Jandl

Parkda

bağışlayın, bura boşdur?

yox, burada oturan olacaq

sağ olun

bağışlayın, bura boşdur?

yox, burada oturan olacaq

sağ olun

bağışlayın, bura boşdur?

yox, burada oturan olacaq

sağ olun

bağışlayın, bura boşdur?

yox, burada oturan olacaq

sağ olun

bağışlayın, bura boşdur?

yox, burada oturan olacaq

sağ olun

bağışlayın, bura boşdur?

yox, burada oturan olacaq

sağ olun

bağışlayın, bura boşdur?

yox, burada oturan olacaq

sağ olun

bağışlayın, bura boşdur?

yox, burada oturan olacaq

sağ olun

bağışlayın, bura boşdur?

yox, burada oturan olacaq

sağ olun

bura boşdur?

yox, oturan olacaq

sağ olun

bura boşdur?

təəssüf edirəm, burada oturan olacaq

sağ olun

bağışlayın, bura boşdur?

yox, burada oturan olacaq

sağ olun

bağışlayın, bura boşdur?

buyurun

sağ olun

Kimdir axı indi bunu itirib-axtaran

aydın məsələdir, onlar nəyisə axtarıblar

öz zamanlarında.

İndi kimdir soruşan, nə axtarıblar

onlar yağışda islanıb

küləklə kürünüblər.

İndi kimdir soruşan, axı nə üçün

onların da sevinci olub

onların da kədəri olub

indi kimdir soruşan, nəyə görə

olub ki dalaşıblar

olub ki gülüşüblər

indi kimdir soruşan, nə səbəbə.

Onun şeirləri bir köpüklük deyil

Onun şeirləri bir köpüklük deyil

əvvəlcə

mən onlarla öz keçəlimi sildim

faydası olmadı, başıma tük gəlmədi

sonra

onları öz çibanlarımın üstünə qoydum

çibanlar böyüyüb kartof boyda oldular

həkimlərin gözü kəlləsinə çıxdı

sonra

bir-ikisini tavaya vurdum

özüm yeməyə ürək eləmədim

ancaq itim yeyib gəbərdi

sonra

mən onlardan dölə qarşı yararlandım

ancaq aborta nə qədər pul xərcləməli oldum

sonra

onlardan birini

gözümün üstünə qoydum

və elitar bir kluba yollandım

qapıçı mənə badalaq vurdu və mən yerə sərildim

bundan sonra mən

yuxarıda dediyim həmin o nəticəyə gəldim

Tərcümə: Rasim Qaraca

Günün bütün mövzuları

XS
SM
MD
LG