Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 20:03

-

Azərbaycanın yaşlı diktoru Davud Əhmədov vəfat edib.

Bu barədə APA-ya mərhumun oğlu Vəliəhd Əhmədov məlumat verib.

Onun dediyinə görə, 74 yaşlı diktor ürək çatışmazlığından əziyyət çəkib.

Davud Əhmədov 1941-ci ildə Lənkəranda anadan olub. 1960-cı ildə Teatr İnstitutunun kino və dram aktyorluğu şöbəsinə qəbul olunub. İkinci kursda oxuyarkən Azərbaycan Dövlət Televiziyasında «Ulduz» verilişinin aparıcılığına başlayıb.

1963-cü «Romeo-Cülyetta və zülmət» əsərində Pavel, 1980-ci illərin əvvəllərində Süleyman Sani Axundovun «Laçın yuvası»nda Ədil bəy obrazlarını canlandırıb.

Vaxtilə səsinə görə onu «Azərbaycanın Levitanı» da adlandırıblar. Televiziyanın fondunda 300-dən çox şeir və əsər səsləndirilməsində onun səsindən istifadə olunub.

Şərhləri göstər

XS
SM
MD
LG