Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 14:27

Al-Qaeda-nın Suriya qanadına sadiqdirlər


Nusra Cəbhəsi Suriya ordusundan ələ keçirdiyi qırıcı üzərində, arxiv fotosu

Nusra Cəbhəsi Suriya ordusundan ələ keçirdiyi qırıcı üzərində, arxiv fotosu

-

Suriyada 1500 çeçen, özbək, tacik döyüşçü Al-Qaeda-nın Suriya qanadı – Nusra Cəbhəsinə sadiq olduqlarını bildiriblər. Bu barədə Suriyada müharibəni monitorinq edən Suriyada İnsan Haqlarını Müşahidə Təşkilatı sentyabrın 23-də xəbər yayıb.

Jaish al-Muhajireen wal-Ansar-ın (Muhajireen Briqadası) bəyanatını tərəfdarları onlayn paylaşıb.

Bu, Nusra Cəbhəsinin İslam Dövləti (İD) silahlı qruplaşmasına qarşı möhkəmləndiyini göstərir.

İki qruplaşma hazırda Suriyanın şimalındakı Hələb şəhərinə nəzarət uğrunda savaşır

Nusra Cəbhəsi Osama bin Laden-in varislərinə sadiqdir. Nusra və İD Suriya ordusuna qarşı vuruşan əsas qüvvələrdir.

Qruplaşmalar 2013-cü ildən bəri bir-birilə savaşa başlayıb. Belə ki, liderləri hakimiyyəti paylaşa bilməyib.

Nusra lideri iyunda bildirib ki, 30 faizi xarici döyüşçülərdir. Onlar avropalılar, asiyalılar, rusiyalılar və çeçenlərdən ibarətdir.

Günün bütün mövzuları

XS
SM
MD
LG