Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 09:56

-

Sentyabrın 23-də gecə saatlarında Ermənistan tərəfdən Qazax rayonunun Kəmərli kəndinin atəşə tutulması nəticəsində mülki sakin Esmira Dursunova yaralanıb.

Müdafiə Nazirliyinin yaydığı məlumatda belə deyilir.

Göstərilən ilkin tibbi yardımdan sonra Esmira Dursunova Qazax rayon Diaqnostika Mərkəzinə yerləşdirilib, vəziyyəti orta-ağır qiymətləndirilir.

Müdafiə Nazirliyi bildirir ki, erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində 60 millimetrlik minaatanlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini 92 dəfə pozub.

Azərbaycan Silahlı Qüvvələri əməliyyat şəraitini nəzərə alaraq atəş nöqtələrinə, mövqelərinə və səngərlərinə 124 dəfə atəş zərbəsi endirib.

Günün bütün mövzuları

XS
SM
MD
LG