Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 04:22

Alman polkovnik İraqda ölü tapılıb


Kürd peşmərgə qüvvələri, arxiv fotosu

Kürd peşmərgə qüvvələri, arxiv fotosu

-

Almaniyanın Müdafiə Nazirliyi bildirir ki, İraqın kürd regionundakı təlim missiyasının rəhbəri dünyasını dəyişib.

56 yaşlı polkovnik Stephan Spottel sentyabrın 23-də Ərbildə, otel otağında ölü tapılıb.

Məlumatda deyilir ki, ölümdə “intihar və ya üçüncü tərəfin müdaxiləsinin əlamətləri” yoxdur.

Digər Qərb ölkələri kimi, Almaniya da kürd peşmərgə qüvvələrinə təlim keçmək üçün hərbi missiya göndərib. Peşmərgələr İslam Dövləti silahlı qruplaşmasına qarşı mübarizə aparır.

Die Welt qəzeti yazır ki, Spottel-in müavini, polkovnik Jan Heymann Ərbildəki alman hərbi heyətinə rəhbərliyi icra etməyə başlayıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG