Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 08:24

Məmmədyarov Nalbandian-la görüşür


Edward Nalbandian və Elmar Məmmədyarov.

Edward Nalbandian və Elmar Məmmədyarov.

-

Sentyabrın 24-də Nyu-Yorkda ATƏT-in Minsk Qrupu həmsədrlərinin Azərbaycanın və Ermənistanın xarici işlər nazirləri ilə görüşü olacaq.

APA-nın məlumatına görə, bunu Minsk Qrupunun amerikalı həmsədri James Warlick özünün «Twitter» səhifəsində yazıb. «Biz məhsuldar danışıqların olacağını gözləyirik» - deyə, o qeyd edib.

Həmsədrlər əvvəlcə hər iki ölkənin xarici işlər nazirləri ilə ayrılıqda, daha sonra isə birlikdə görüşəcəklər.

Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov sentyabrın 23-də Nyu-Yorka yola düşüb. O, həmçinin BMT Baş Assambleyasının sessiyasında iştirak edəcək.

Günün bütün mövzuları

XS
SM
MD
LG