Keçid linkləri

2024, 24 Aprel, çərşənbə, Bakı vaxtı 00:49

Polisin vəzifəsi genişləndirilir


Stadionda polis.
Stadionda polis.

-

«Polis haqqında» qanuna dəyişiklik ediləcək. Bu dəyişiklikdən sonra Azərbaycanda ictimai qaydanın qorunması və ictimai təhlükəsizliyin təmin edilməsi sahəsində polis əməkdaşlarının vəzifələrinin miqyası genişləndiriləcək.

Bu barədə Trend-ə Milli Məclisdən məlumat verilib.

Məlumatda deyilir ki, «Polis haqqında» qanunun 14-cü maddəsinə (İctimai qaydanın qorunması və ictimai təhlükəsizliyin təmin edilməsi sahəsində polis əməkdaşının vəzifələri) yeni bənd əlavə edilməsini nəzərdə tutan layihə hazırlanıb.

Həmin maddəyə əlavə ediləcək 7-1 bəndinə əsasən, kütləvi idman tədbirlərinin və idman yarışlarının keçirilməsi zamanı idman obyektlərində, eləcə də idman obyektlərinə bitişik ərazilərdə və təxliyə yollarında zorakılığın qarşısını almaq, yarış iştirakçılarının, tamaşaçıların təhlükəsizliyini təmin etmək də polis əməkdaşının vəzifəsi olacaq.

Qanun layihəsinin oktyabrın əvvəlində Milli Məclisin plenar iclasında müzakirəyə çıxarılması gözlənilir.

XS
SM
MD
LG