Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 22:21

-

Yüz minlərlə müsəlman Səudiyyənin müqəddəs Ərəfat dağına toplaşıb. Bu gün həcc ziyarətinin pik nöqtəsidir.

Məhəmməd peyğəmbərin 1400 il əvvəl vida xütbəsini burada etdiyi söylənir. Dindarlar ağ libas geyinir, Allahdan bağışlanmaları üçün dua edirlər.

Sentyabrın 24-də dindarlar Mina vadisində simvolik şeytanı daşlayır.

Rəsmilər 164 ölkədən 1.3 milyon müsəlmanın Həcc ziyarətinə gəldiyini deyirlər.

Ərəfatda zəvvarlar qarşısında çıxış edən Səudiyyə ruhanisi Abdel-Aziz al-Sheikh krallığı “Yəməndə qayda-qanunu bərpa etdiyinə görə” tərifləyib. Səudiyyə Ərəbistanı Yəməndə husi şiə yaraqlılarına qarşı sünni hərbi koalisiyasına rəhbərlik edir. Şeyx deyib ki, “husilər və İslam Dövləti şeytan əməlidir”.

Günün bütün mövzuları

XS
SM
MD
LG