Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 14:18

Boğulmuş miqrantların 10-u iraqlıymış


Xorvatiya polisi qatara pəncərədən minmək istəyən miqranta mane olur

Xorvatiya polisi qatara pəncərədən minmək istəyən miqranta mane olur

-

Ötən ay Avstriyada yük maşınında ölü tapılmış 71 miqrantın azı 10-u iraqlı imiş. Bu barədə sentyabrın 23-də Avstriya polisi məlumat yayıb.

Onların hər tərəfi bağlanmış maşında boğulmasından bir ay keçir. 9 kişi və bir qadının iraqlı olduğu müəyyənləşib və cəsədlər ailələrinə təhvil verilib.

Digər meyitlərin kimliyinin müəyyənləşdirilməsi prosesi gedir. Yaxınları gərəkən məlumatları təqdim ediblər. Polisin sözçüsü Gerald Gangl deyib ki, bütün qurbanların tanınması bir neçə həftə, yaxud ay çəkə bilər.

Sözçü prosesin belə uzanmasını, məsələn, Əfqanıstan kimi ölkələrdən DNT nümunələrinin alınması ilə izah edib.

Təhqiqat üzə çıxarıb ki, miqrantlar maşın Macarıstan paytaxtı Budapeştdən yola çıxandan yarım saat sonra boğulublar, yəni onlar Avstriyaya daxil olanda artıq ölü idilər.

Macarıstanda bu işdə şübhəli bilinən 5 nəfər saxlanıb. Bir nəfər isə Bolqarıstanda tutulub.

Günün bütün mövzuları

XS
SM
MD
LG