Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 14:37

İraqlıların yeni düşməni: xolera


Xolera bir neçə il əvvəl Əfqanıstanda da yayılmışdı

Xolera bir neçə il əvvəl Əfqanıstanda da yayılmışdı

-

İslam Dövləti silahlı qruplaşmasından torpaqlarını geri almağa çalışan iraqlılar indi də yeni bir düşmən – xolera yoluxucu xəstəliyi ilə üz-üzə qalıblar.

Bu xəstəlik ötən həftə Bağdaddan 25 km qərbdə yerləşən Əbu Qəraib şəhərində aşkarlanıb, ancaq artıq yoluxanların sayı 121-ə çatıb. Səhiyyə nazirliyinin sentyabrın 23-də yaydığı məlumata görə, Əbu Qəraibdə azı 4 nəfər bu xəstəlikdən ölüb və xəstəlik sürətlə Fərat çayı boyunca cənub əyalətlərinə yayılır.

Bağdadın cənubunda Babil əyalətində də yoluxanlar var, azı 54 nəfər xəstələnib.

Xolera daha çox çirkli su və ərzaq vasitəsilə yayılır. Müalicə olmasa, dehidrasiya və böyrək çatışmazlığı səbəbindən bir neçə saat ərzində ölümə səbəb olar.

İraqın su və kanalizasiya sistemləri isə köhnədir, infrastrukturun inkişafı illərdir müharibə və baxımsızlıq üzündən əngəllənib.

Baş nazir Haider al-Abadi xüsusilə Əbu Qəraib ərazisində fövqəladə tədbirlərin həyata keçirilməsi barədə göstəriş verib.

Günün bütün mövzuları

XS
SM
MD
LG